MDB PAA-dan olan müşahidəçilər Azərbaycan Respublikasında seçkilərin qısamüddətli monitorinqinə başlamışlar
12/02/2020
MDB PAA-dan olan müşahidəçilər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsində olmuşlar
12/02/2020
Show all

MDB PAA-dan olan müşahidəçilər Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iş proqramını müəyyən etmişlər

Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin Parlamentlərarası Assambleyasından olan beynəlxalq müşahidəçilər Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Bakıda təşkilati müşavirə keçirmişlər.

Tədbiri MDB PAA-dan olan beynəlxalq müşahidəçilər qrupunun koordinatoru, Özbəkistan Respublikası Ali Məclisi Senatı sədrinin birinci müavini Sodik Safoyev və MDB PAA Şurasının Baş katibi Dmitriy Kobitskiy açmışlar.

Qrupun koordinatoru Sodik Safoyev qrupun tərkibi və əsas iş məqsədləri barədə danışdı. Görüşdə qısamüddətli monitorinq müddətinə vəzifələr müəyyən olunmuşdur, həmçinin müşahidəçilərin riayət etməli olduqları əsas prinsiplər və normalar qeyd edilmişdir.

Bundan sonra qrup üzvləri uzunmüddətli monitorinqin nəticələri və onun yekunları üzrə ekspertlər tərəfindən hazırlanmış analitik və sorğu-məlumat sənədləri ilə tanış olmuşlar.

MDB PAA iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) Direktoru İvan Muşket yaxın günlərə iş proqramını təqdim etmiş, müşahidəçilərin istəklərini nəzərə alınmaqla tərtib edilmiş müşahidəçilərin 9 fevral 2020-ci il səsvermə günü nəzərdə tutulan görüş və çıxış marşrutları barədə bəhs etmişdir.

Bu gün nümayəndə heyətinin iştirakçılarının Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsinin rəhbərliyi, eləcə də seçkilərdə iştirak edən siyasi partiyaları və ictimai birlikləri ilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.