MDB PAA DİMBİ Bakı filialı Mingəçevir şəhərində yerli seçki müşahidəçiləri üçün seminar keçirmişdir
31/01/2020
MDB PAA-dan olan müşahidəçilər Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iş proqramını müəyyən etmişlər
12/02/2020
Show all

MDB PAA-dan olan müşahidəçilər Azərbaycan Respublikasında seçkilərin qısamüddətli monitorinqinə başlamışlar

MDB iştirakçısı olan-dövlətlərinin Parllamentlərarası Assambleyasından olan müşahidəçilər qrupu Bakıda 9 fevral 2020-ci ilə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərin qısamüddətli monitorinqinin keçirilməsi üzrə işə başlamışlar. Nümayəndə heyətinə Özbəkistan Respublikası Ali Məclisi Senatı sədrinin birinci müavini Sodik Safoyev rəhbərlik edir.

Gün ərzində Belarus, Qazaxstan, Qırğız, Moldova Respublikaları, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan Respublikaları parlamentlərinin deputatları və nümayəndələri, habelə MDB PAA Katibliyinin əməkdaşlarından ibarət olan müşahidəçilər Azərbaycanın paytaxtında seçki prosesinin iştirakçıları ilə görüşlər keçirmişlər.

Birinci səfər Bakı şəhəri Səbail rayonu 29 saylı dairə seçki komissiyasına, həmçinin bu seçki dairəsinin 3 saylı seçki məntəqəsinə seçki komissiyasına olmuşdur.

30 məntəqə seçki komissiyası və seçki ərəfəsində hərbi hissələrdə yaradılan iki seçki komissiyasınıdan ibarət olan daxil edən seçki dairəsi Bakının mərkəzində yerləşir. Dairədə 38 mindən artıq seçici qeydə alınmışdır.

Dairə və məntəqə seçki komissiyalarının sədrləri DSK və MnSK formalaşdırılması mərhələsində Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunması, seçicilərə seçici vəsiqələrinin vaxtlı-vaxtında paylanması, seçki ərəfəsində komissiya üzvlərinin təlimi üzrə AR MSK-nın işi barədə danışdılar.

DSK sədri, qrup üzvlərinin sualına cavab verərək, seçki kampaniyasında gənclərin artan fəallığını aktivliyini qeyd etdi. 3 saylı DSK sədri səsvermə prosesində saxtakarlığın qarşısını alan müasir texniki qurğuların tətbiq edilməsi təcrübəsi ilə bölüşmüşdür. O, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə ilk dəfə istifadə edilən, seçicini identifikasiya etməyə və qeydiyyat barədə məlumatın olmadığı yeni növ nəsil şəxsiyyət vəsiqəsi üzrə bu dairə üzrə onun qeydiyyatını müəyyən etməyə imkan verən elektron cihazı müşahidəçilərə nümayiş etdirdimişdir.

Sodik Safoyev öz növbəsində missiyanın əsas vəzifəsinin –  müşahidənin yekunları üzrə düşünülmüş və obyektiv rəyin hazırlanması üçün maksimal həcmdə məlumatın toplanmasının olduğunu vurğulayaraq, seçki komissiyalarının sədrlərinə MDB PAA keçirdiyi monitorinqin xüsusiyyətləri barədə danışdı.

Müxalifətyönlü “Ümid” («Надежда») siyasi partiyasının seçkiqabağı qərargahında MDB PAA-dan olan müşahidəçilər qrupu partiyanın sədri İqbal Ağazadə ilə görüşmüşdür.

O qeyd etmişdir ki, “Ümid” bu seçkilərdə internet imkanlarından fəal istifadə edir: təşviqat partiyanın saytında, həmçinin sosial şəbəkələrdə qeydə alınmış 21namizədin hər birinin səhifələrində aparılır.

İqbal Ağazadə irəli sürüldüyü Bakı şəhəri 35 saylı Xətai üçüncü seçki dairəsində yarandığımış vəziyyət barədə ətraflı danışdı. Müxalifətyönlü partiya sədrinin fikrincə, seçkiqabağı təşviqat zamanı onun rəqibləri tərəfindən pozuntulara yol verilmişdir. “Ümid” partiyası namizədləri irəli sürdüyü seçki dairələrinin hər birinə 100-ə yaxın müşahidəçi göndərməyə planlaşdırır.

Görüşlər zamanı müşahidəçilər qrupunun koordinatoru Sodik Safoyev cari seçkilərin uzunmüddətli monitorinqinin nəticələri və MDB PAA-nı təmsil edən deputatların 9 fevral 2020-ci il səsvermə günü Bakıda və Azərbaycan Respublikasının bölgələrində reqionlarında əhəmiyyətli sayda seçki məntəqələrini müşahidə ilə əhatə etmək səyi barədə danışdı.

Sabah, 8 fevral  2020-ci ildə MDB PAA-dan olan müşahidəçilər qrupu Bakıda işinə davam edəcək, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Konstitusiya Məhkəməsinin rəhbərliyi və seçkilərdə iştirak edən siyasi partiyaların liderləri ilə görüşlər keçirəcək.