Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib
25/11/2019
Бакинский филиал МИМРД МПА СНГ провел в Гяндже семинар для местных наблюдателей
02/12/2019
Show all

MDB PAA DİMBİ Bakı filialının direktoru və əməkdaşları Gəncə şəhərində yerli müşahidəçilər üçün seminar keçirmişlər

27 noyabr 2019-cu il tarixdə Gəncə şəhərində MDB PAA DİMBİ Bakı filialının direktoru və əməkdaşları tərəfindən Azərbaycan Respublikasında bələdiyyə seçkilərində yerli müşahidəçilər üçün seminar  keçirilmişdir.

Seminarın keçirilməsində məqsəd aktiv seçki hüququna malik vətəndaşlarının maarifləndirilməsi yolu ilə onların seçkilər barədə biliklərinin genişləndirilməsi, bu yolla seçki hüquq mədəniyyətinin yüksəldilməsi, seçkilərin müşahidə edilməsi barədə müşahidəçilərin maarifləndirilməsidir.

Seminarda seçkiləri müşahidənin təşkili və keçirilməsində qanunvericiliyin əsasları, seçkiləri müşahidənin prinsipləri, aktiv seçki hüququna malik şəxslərin seçkilərdə iştirakının əsasları və digər bir çox məsələlərlə bağlı Seçki Məcəlləsinin tələbləri dinləyicilərin diqqətinə çatdırılmışdır.

Bundan əlavə MDB PAA DİMBİ Bakı filialının əməkdaşları 23 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası bələdiyyə seçkilərinin keçirilməsinin uzunmüddətli monitorinqinin aparılması məqsədi ilə Gəncə şəhərində bir sıra dairə və məntəqə seçki komissiyalarında seçkilərə hazırlıq və onun keçirilməsi ilə bağlı görülən işlərlə yaxından tanış olmuşlar.