MDB PA-nın Monitorinq qrupunun tərkibində Azərbaycanda Birliyin altı ölkəsinin nümayəndələri çalışır
06/02/2024
Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın beynəlxalq müşahidəçiləri ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində görüş keçirilib
06/02/2024
Show all

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçiləri “Yeni Azərbaycan” Partiyasında görüş keçirib

Fevralın 6-da monitorinq qrupunun üzvləri “Yeni Azərbaycan” Partiyasının sədr müavini, Mərkəzi Aparatının rəhbəri Tahir Budaqovla seçki kampaniyasının gedişini müzakirə ediblər.

Görüşdə cari seçki kampaniyasının xüsusiyyətləri, müşahidəçilərin iş prinsipləri, səsvermə ərəfəsində seçicilərin əhval-ruhiyyəsi müzakirə olunub.

Müşahidəçilər qrupunun koordinatoru Jakip Asanov Azərbaycanda monitorinqin seçki qanunvericiliyini araşdırmaq, seçki kampaniyasının hazırlanmasının gedişatını təhlil etmək və nəticədə baş tutmuş seçkiləri qiymətləndirmək kimi əsas məqsədlərindən danışıb.

MDB PA Şurasının Baş katibi Dmitri Kobitski fevralın 4-dən etibarən müşahidəçilərin gördüyü işlərdən danışaraq, qrupun bütün yeddi namizədlərin nümayəndələri, eləcə də Azərbaycan parlamentariləri ilə görüşlər keçirəcəyini qeyd edib.

Tahir Budaqov MDB PA-dan olan beynəlxalq müşahidəçilərin tövsiyələrinin seçki proseslərinin təkmilləşdirilməsinə kömək edəcəyinə, parlamentarilər qrupunun Azərbaycana səfərinin isə region ölkələri arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.