Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının müşahidə missiyasının üzvləri görüşüb
05/02/2024
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçiləri “Yeni Azərbaycan” Partiyasında görüş keçirib
06/02/2024
Show all

MDB PA-nın Monitorinq qrupunun tərkibində Azərbaycanda Birliyin altı ölkəsinin nümayəndələri çalışır

Azərbaycanda prezident seçkilərini müşahidə edən MDB Parlamentlərarası Assambleyasından olan beynəlxalq müşahidəçilər qrupu Bakıda müşavirə keçirib. Müşahidəçilər qarşıdakı günlər üçün iş planını tərtib ediblər.

İşçi görüşünü MDB PA Şurasının Baş katibi Dmitriy Kobitskiy açıb. O, xatırladıb ki, MDB PA-dan olan müşahidəçilər Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti ilə növbədənkənar prezident seçkilərinin monitorinqində iştirak edir və qrupun koordinatoru, Qazaxıstan Respublikası Parlamenti Senatı sədrinin müavini Jakip Asanovu təqdim edib.

Jakip Asanov həmkarlarına məlumat verib ki, müşahidədə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın deputatları və senatorları, həmçinin MDB PA-nın vəzifəli şəxsləri və MDB PA-nın Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun ekspertləri iştirak edirlər. Qısamüddətli monitorinq Azərbaycanda, eləcə də Birlik ölkələrindəki xarici seçki məntəqələrində keçirilir.

MDB PA Şurası Katibliyi rəhbərinin müavini – Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun direktoru İvan Muşket uzunmüddətli monitorinqin əsas mərhələləri barədə məlumat verib.

Qeyd olunub ki, növbədənkənar seçkilərin keçirilməsinə hazırlıq MSK-nın qəbul etdiyi təqvim planında nəzərdə tutulmuş müddətdə və tam həcmdə həyata keçirilir.

Ekspertlərin rəyinə görə, Azərbaycanın seçki qanunvericiliyi demokratik seçkilərin keçirilməsi üçün beynəlxalq standartlara uyğundur.

Uzunmüddətli monitorinq çərçivəsində müşahidəçilər namizədlərin partiyalarının nümayəndələri ilə, eləcə də xarici ölkələrdəki seçki məntəqələrində seçkilərin təşkili və keçirilməsində iştirak edən diplomatik və konsulluq korpusunun nümayəndələri ilə bir sıra görüşlər keçiriblər.

Müşahidəçilər Azərbaycanda qısamüddətli monitorinqə fevralın 4-də başlayıblar.

Bakıda monitorinq qrupu seçki kampaniyasının gedişini Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi, habelə 5 namizədin seçki qərargahının nümayəndələri ilə müzakirə edib.

Bu gün Monitorinq qrupu Konstitusiya Məhkəməsinin, Azərbaycan Milli Məclisinin rəhbərliyi və 2 namizədin seçki qərargahı ilə görüşlər keçirəcək.

7 fevral 2024-cü il tarixdə MDB PA-dan beynəlxalq müşahidəçilər Bakıdakı seçki məntəqələrinə, eləcə də xarici məntəqələrə səfərlər edəcəklər.