MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev Bakı filialının cari ilin fəaliyyətilə bağlı məruzə ilə çıxış etdi
01/12/2023
“Dünya ölkələrinin seçki sistemləri” adlı IV Beynəlxalq tələbə internet-olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
06/12/2023
Show all

MDB PA DİMBİ Bakı filialı gənclər üçün seçki hüququ üzrə təlim keçirib

6 dekabr 2023-cü il tarixdə MDB PA DİMBİ Bakı filialı gənclər üçün seçki hüququ üzrə təlim keçirib.

Təlimin keçirilməsində məqsəd aktiv seçki hüququna malik vətəndaşlarının maarifləndirilməsi yolu ilə onların seçkilər barədə biliklərinin genişləndirilməsi, bu yolla seçki hüquq mədəniyyətinin yüksəldilməsidir.

MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev bütün iştirakçıları salamlayıb və bu cür tədbirlərin gələcək seçicilər üçün əhəmiyyətini qeyd edib.

Filialın əməkdaşı Rəmzi Yusifov seçki hüququ, aktiv seçki hüququna malik şəxslərin seçkilərdə iştirakının əsasları, səsvermə qaydaları və digər bir çox məsələlərlə bağlı Seçki Məcəlləsinin tələblərini dinləyicilərin diqqətinə çatdırıb.

Təlim iştirakçılarına MDB PA DİMBİ Bakı filialı tərəfindən hazırlanmış “Sənin Seçki Hüququn” adlı Yaddaş kitabçası paylanılıb.