MDB PA DİMBİ Bakı filialı gənclər üçün seçki hüququ üzrə təlim keçirib
06/12/2023
Ümummilli lider Heydər Əliyevin vəfatının 20-ci il dönümü
12/12/2023
Show all

“Dünya ölkələrinin seçki sistemləri” adlı IV Beynəlxalq tələbə internet-olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

6 dekabr 2023-cü il tarixdə MDB PA DİMBİ Bakı filialının ofisində “Dünya ölkələrinin seçki sistemləri” adlı IV Beynəlxalq tələbə internet-olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

İnternet-olimpiadanın nəticələrinə görə birinci yeri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Hüseyn Qasımzadə, ikinci yeri Bakı Ali Neft Məktəbinin tələbəsi Roman Tolstoşeyev və üçüncü yeri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Cəmilə Əlişeva tutub.

İnternet-olimpiadada Azərbaycanın 12 ali təhsil müəssisəsindən 120-dən çox tələbə iştirak edib.

Qeyd edək ki, internet-olimpiadada Belarus, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Ukrayna, Türkmənistan, Bosniya və Herseqovina, Vyetnam, Qvineya-Bisau, Cibuti, Misir, İndoneziya, Çin, Konqo, Koreya, Liviya, Mali, Meksika, Monqolustan və Çad vətəndaşları olan tələbələr iştirak ediblər. Ümumilikdə internet-olimpiadada Müstəqil Dövlətlər Birliyi ölkələrinin 172 ali təhsil müəssisəsindən  2476 tələbə iştirak edib.