MDB PA və TürkPA-dan olan müşahidəçilər Özbəkistandakı seçkilərlə bağlı fikir mübadiləsi aparıblar
10/07/2023
Bakıdakı Rus evində görüş
19/10/2023
Show all

Milli Məclis sədrinin müavini Adil Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının tədbirlərində iştirak etmişdir

12-13 oktyabr tarixlərində Milli Məclis sədrinin müavini Adil Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının tədbirlərində iştirak etmişdir.

12 oktyabr tarixində Adil Əliyevin iştirakı ilə MDB PA yanında Təhlükəsizlik qanunvericiliyinin uyğunlaşdırılması və yeni çağırış və təhdidlərə qarşı mübarizə üzrə Birgə Komissiyanın və MDB PA-nın Müdafiə və təhlükəsizlik məsələləri üzrə Daimi komissiyasinin iclası keçirilmişdir. Komissiya üzvləri MDB ölkələrinin sərhəd qurumlarının terrorizmə qarşı mübarizə sahəsində fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı Tövsiyələr layihəsini, MDB dövlətlərinin su hövzələrində qanunsuz fəaliyyətin qarşısının alınması sahəsində hüquqi tənzimlənmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələri və bir sıra digər sənədləri nəzərdən keçirmişlər.

Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin üzvü Mixail Zabelinin rəhbərliyi ilə Aqrar siyasət, təbii sərvətlər və ekologiya üzrə Daimi komissiyanin iclası keçirilmişdir. Ekspertlər və parlamentarilər “Üzvi istehsal haqqında” model qanunun layihəsini, “Radioaktiv tullantıların idarə olunması haqqında” model qanunun konsepsiyasını və “Üzümçülük və şərabçılıq haqqında” model qanunun layihəsini nəzərdən keçirmişlər.

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin üzvü Malik Həsənov MDB PA-nın Nəzarət-büdcə komissiyasinin iclasında iştirak etmişdir. Komissiya üzvləri Assambleyanın fəaliyyətinin cari maliyyələşdirilməsi, MDB PA büdcəsinin formalaşdırılması və icrası məsələlərini müzakirə etmişlər.

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, MDB PA-nın İqtisadiyyat və maliyyə üzrə Daimi komissiyası sədrinin müavini Rüfət Quliyev iqtisadi təhlükəsizlik və platforma məşğulluğu məsələləri nəzərdən keçirilən MDB PA-nın İqtisadiyyat və maliyyə üzrə Daimi komissiyasının iclasında iştirak etmişdir.

Parlamentlərarası Assambleya Şurası Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov MDB PA-nın Daimi komissiyalarının keçirilən iclaslarının və digər tədbirlərin işlərində fəal iştirak etmişdir.

12-13 oktyabr tarixlərində Tavriya sarayında “Dağlıq ərazilərin davamlı inkişafı” Beynəlxalq forumu keçirilmiş, forumun iştirakçıları dağlıq ərazilərin davamlı inkişafı problemlərini müzakirə etmiş, həmçinin bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi üçün konkret təkliflər hazırlamışlar. Forumun bir sıra dəyirmi masalarında Azərbaycan Respublikası FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev iştirak etmişdir.

Tədbirin işgüzar proqramı panel müzakirələrini, plenar iclası və Azərbaycan Respublikası nümayəndə heyətinin bütün üzvlərinin iştirak etdiyi altı dəyirmi masanı əhatə etmişdir.

Dağ forumu çərçivəsində “Şahdağ” Turizm Mərkəzi QSC-nin İdarə Heyəti sədrinin müavini Cahangir Abdinzadənin iştirak etdiyi “Birlik” Travel Hub layihəsinin tədbirləri keçirilmişdir. Müzakirələrin mövzuları dağ turizminin və dağ-xizək istirahətinin inkişaf perspektivləri, bu mövzuda yeni qanunvericilik təşəbbüsləri olmuşdur.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyinin Ümumi şöbəsinin rəhbəri Elşən Əsgərov “MDB PA-nın iştirakçısı olan dövlətlərin seçkilərinin suverenliyinin qorunması” beynəlxalq seminarının və “Müasir seçki texnologiyaları” dəyirmi masasının iştirakçısı olmuşdur. Təşkilatçılar qismində MDB PA-nın iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafınım və vətəndaşlarının seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutu, Leninqrad vilayətinin Seçki Komissiyası və Sankt-Peterburq Dövlət Universiteti iştirak etmişlər.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəznin geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova “Seysmik təhlükəsizlik və təbii fəlakətlər” adlı dəyirmi masanın işində iştirak edərək, məruzə və təqdimatla çıxış etmişdir.