01/06/2023
01/06/2023
MDB PA DİMBİ Bakı filialı 1 iyun 2023-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisi və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev – müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisi” adlı Beynəlxalq konfrans keçirib.
Konfransda Azərbaycan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası, Rusiya Federasiyasından olan millət vəkilləri, MDB PA-nın məsul şəxsləri, bir sıra səfirliklərin nümayəndələri, müxtəlif nazirlik və qurumlarının nümayəndələri, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin professor-müəllim heyəti, kütləvi informasiya vasitələrinin təmsilçiləri və digərləri iştirak ediblər.
Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutu (MDB PA DİMBİ) Bakı filialının direktoru Ramin Rzayev diqqətə çatdırıb ki, beynəlxalq konfransın təşkilində məqsəd Azərbaycanda multikulturalizm ənənələrinin formalaşması və qorunmasında Ulu Öndər Heydər Əliyevin çoxşaxəli xidmətlərinin dərindən öyrənilməsi və təbliğidir. O qeyd edib ki, Ümummilli Lider Azərbaycan üçün zəngin miras qoyub. Bu miraslardan biri də multikulturalizm və tolerantlıqdır.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin zəngin, irsi, dövlətçilik ənənələrinin banisi kimi rolunu xususi qeyd etdilər.
Tədbir qarşılıqlı diskusiya və maraqlı fikir mübadiləsi ilə başa çatdı.