11/05/2023
01/06/2023
MDB PA DİMBİ Bakı filialı 1 iyun 2023-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisi və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev – müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisi” adlı Beynəlxalq konfrans keçirib.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.