20/03/2023
11/05/2023
Show all

“Özbəkistan Respublikasının Konstitusiyası haqqında” Konstitusiya Qanununun layihəsi üzrə referendum keçirilmişdir

2023-cü ilin aprel ayının 30-da Özbəkistanda “Özbəkistan Respublikasının Konstitusiyası haqqında” Konstitusiya Qanununun layihəsi üzrə referendum keçirilmişdir.

MDB PA DİMBİ Bakı filialının əməkdaşı MDB PA-dan olan beynəlxalq müşahidəçi kimi Özbəkistan Rеspublikasının Mərkəzi Seçki Komissiyasında akkreditə edilmiş və səsvermə günü Özbəkistanın Azərbaycandakı səfirliyində yaradılmış 27 saylı seçki məntəqəsində referendumun gedişini müşahidə etmişdir.

Səsvermə, yerli vaxtla saat 08:00-dan 20:00-dək keçirilmişdir. Səsvermənin gedişi barədə məlumatlar mütəmadi olaraq Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının qərargahına təqdim olunmuşdur.

Özbəkistan Respublikası vətəndaşlarının səs verdiyi sual: “Siz “Özbəkistan Respublikasının Konstitusiyası haqqında” Özbəkistan Respublikasının konstitusiya qanununu qəbul edirsinizmi?” olmuşdur.

Səsvermədə ümumilikdə 341 seçici iştirak etmişdir. Səsvermə prosesində heç bir pozuntu müşahidə edilməmişdir.

Qeyd edək ki, səsvermə zamanı seçki məntəqəsində Özbəkistan Respublikasının vətəndaşlarının yüksək fəallığı müşahidə olunmuşdur.