2023-cü ildə MDB PA DİMBİ Bakı filialının işinin əsas istiqamətlərindən biri Gənclərlə iş olacaq
14/02/2023
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında görüş
03/03/2023
Show all

MDB PA DİMBİ Bakı filialının əməkdaşları TÜRKPA Katibliyində olublar

21 fevral 2023-cü il tarixində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) ofisində MDB PA DİMBİ Bakı filialının və TürkPA-nın əməkdaşlarının görüşü keçirilmişdir.

Görüşdə iştirak edən MDB PA Şurasının Baş katibinin müavini– Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov Türkiyədə baş verən dağıdıcı zəlzələlər nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib və zərərçəkənlərin tezliklə sağalmasını arzulamışdır.

Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Er dəstək sözlərinə görə minnətdarlığını bildirmişdir.

Görüş zamanı cənab Cəfərov MDB PA-nın iki təşkilatın əməkdaşlığına xüsusi önəm verdiyini vurğulamışdır. O, həmçinin MDB PA DİMBİ Bakı filialının yeni direktoru Ramin Rzayevi təqdim etmişdir. Cənab Rzayev öz növbəsində Bakı filialının TÜRKPA ilə sıx əməkdaşlığa hazır olduğunu bildirmişdir.

Görüşün sonunda Tərəflər təcrübə mübadiləsi və təşkilatlar arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparmışlar.