Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının inzibati binasında MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayevin Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımovla görüşü olmuşdur.
Görüşdə vətəndaşların seçki hüquqları sahəsində qarşılıqlı maraq doğuran məsələlər, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ilə MDB PA DİMBİ Bakı filialı arasında əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi üçün yeni perspektivlər müzakirə olunmuşdur.