Milli Məclisin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurası Katibliyinin rəhbəri Dmitri Kobitskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
06/12/2021
“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafı: dövlət, dini və ictimai institutlar arasında qarşılıqlı təcrübə” adlı videokonfrans
23/12/2021
Show all

MDB PA ilə Qərbi Kaspi Universiteti arasında memorandum imzalanıb

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurası Katibliyinin rəhbəri Dmitri Kobitskinin başçılıq etdiyi nümayəndə heyəti ilə Qərbi Kaspi Universitetində görüş keçirilib.
Görüşdə MDB PA ilə universitet arasında mövcud əməkdaşlıq əlaqələri və gələcək perspektivlər müzakirə olunub. Dmitri Kobitski vurğulayıb ki, MDB PA təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlıdır və Qərbi Kaspi Universitetinin tələbələrinin də təşkilatın layihə və müsabiqələrində iştirakı arzuolunandır.
Daha sonra tərəflər arasında bu cür əməkdaşlıq əlaqələrini özündə ehtiva edən Memorandum imzalanıb.
Sonda universitetin MDB PAA DİMBİ tərəfindən keçirilən “Dünya ölkələrinin seçki sistemləri”adlı II Beynəlxalq tələbə internet olimpiadasında qalib olmuş tələbələrinə sertifikatlar təqdim olunub.