“İradə ifadə edilməsi azadlığının təmin edilməsi sahəsində normativ-hüquqi tənzimlənmə islahatları”
01/07/2021
Moldova Respublikasında növbədənkənar parlament seçkilərinin təşkili və keçirilməsinin müşahidəsi
11/07/2021
Show all

AMEA Hüquq və İnsan Haqları İnstitutu arasında qarşılıqlı əməkdaşlıq

7 iyul 2021-ci il tarixində MDB PAA iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PAA DİMBİ) Bakı filialı ilə AMEA Hüquq və İnsan Haqları İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

Memorandumun imzalanmasında məqsəd MDB PAA DİMBİ Bakı filialı ilə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Hüquq və İnsan haqları institutu arasında demokratiya və insan əsas hüquq və azadlıqları ilə əlaqədar birgə elmi tədqiqatların aparılması, elmi təkliflərin hazırlanması, bu sahədə hüquqi biliklərin dərinləşməsinə yol açacaq birgə fəaliyyətin təşkilindən ibarətdir. Bununla yanaşı birgə fəaliyyət çərçivəsində elmi-praktiki seminar, konfrans və simpoziumların təşkili, Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin edilən vətəndaş, siyasi, sosial, mədəni və digər hüquqlara dair elmi araşdırmaların aparılması, müvafiq sahələrdə beynəlxalq təcrübənin öyrənilməsi və implementasiyasına yol açacaq birgə fəaliyyətin təşkili, bu sahələrdə Azərbaycanda milli tarixi təkamül proseslərinin, islahatların öyrənilməsi və təbliği məqsədilə metodiki və digər fəaliyyətin təşkili  nəzərdə tutulur. Əməkdaşlığın, eyni zamanda kadr mübadiləsi, analitik fəaliyyət və qarşılıqlı maraq kəsb edən məsələlərin həllində birgə fəaliyyətin təşkilinə də yol açacağı istisna edilmir.