MDB PAA DİMBİ Bakı filialının rəhbəri Teymur Muradov MDB PAA DİMBİ Kişinyov filialı tərəfindən keçirilən beynəlxalq elmi-praktiki konfransda iştirak etmişdir
29/09/2020
Наблюдатели от МПА СНГ встретились с Президентом Кыргызской Республики Сооронбаем Жээнбековым
06/10/2020
Show all

MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Qırğızıstan Republikasının Joqorku Keneşinə deputat seçkilərini müşahidə etmişlər

4 oktyabr 2020-ci il tarixində Qırğızıstan Republikasının Joqorku Keneşinə deputat seçkilərinin  təşkili və keçirilməsinin müşahidəsi məqsədilə Qırğızıstan Republikasının Mərkəzi Seçki Komissiyasında beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçmiş MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Qırğızıstan Republikasının Bakı şəhərində yerləşən səfirliyində təşkil olunmuş seçki məntəqəsində səsvermənin gedişini müşahidə etmişlər.

Qırğızıstan Respublikasının Mərkəzi Komissiyasına qanunvericiliklə müəyyən edilmiş müddətlərdə (9 iyul 2020-ci ilədək) 44 siyasi partiya seçkilərdə iştirak etmək üçün müraciət etmişdir.

Qeyd etmək lazımdır ki, Qırğız Respublikasının Joqorku Keneşinə millət vəkilliyinə namizədlərin siyahılarının qeydə alınması prosedurunun yekunlarına əsasən marafonda 16 siyasi partiya iştirak etmişdir.

4 oktyabr 2020-ci il tarixində Qırğızıstan Republikasının Joqorku Keneşinə deputat seçkilərinin keçirilməsi üçün 28 dövlətdə 45 seçki məntəqəsi yaradılmışdır. O cümlədən 12 seçki məntəqəsi Rusiyada, üç seçki məntəqəsi – Almaniyada,  iki seçki məntəqəsi – Türkiyə, Qazaxıstan, Çin və BƏƏ-də. Qalan 22 ölkədə hər birində bir seçki məntəqəsi açılmışdır.

MDB PAA DİMBİ Bakı filialının əməkdaşları sesvermənin təşkili və keçirilməsini eləcə də məntəqə seçki komissiyasının fəaliyyətini müşahidə etmiş, səsvermənin gedişində əldə etdikləri müşahidə məlumatlarını MDB müşahidə missiyasının qərargahına təqdim etmişlər.

Səfirlikdə təşkil olunmuş seçki məntəqəsi səsvermə günü oktyabrın 4-də səhər saat 08:00-dan etibarən səsvermə üçün açılmışdır.