Российские депутаты встретились с делегацией Милли Меджлиса Азербайджанской Республики
25/09/2020
MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Qırğızıstan Republikasının Joqorku Keneşinə deputat seçkilərini müşahidə etmişlər
04/10/2020
Show all

MDB PAA DİMBİ Bakı filialının rəhbəri Teymur Muradov MDB PAA DİMBİ Kişinyov filialı tərəfindən keçirilən beynəlxalq elmi-praktiki konfransda iştirak etmişdir

29 sentyabr 2020-ci il tarixində MDB PAA DİMBİ Bakı filialının rəhbəri Teymur Muradov MDB PAA DİMBİ Kişinyov filialı tərəfindən keçirilən “Müasir seçki müşahidə texnologiyaları: rəqəmsallaşdırma şəraitində modelləşdirmə və tətbiq” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak etmişdir.

Videokonfrans formatında baş tutan elmi konfransda Moldova Respublikası Parlamenti və Hökumətinin nümayəndələri, parlament fraksiyalarının liderləri, siyasi partiyalar və ictimai-siyasi təşkilatlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquqşünaslar, müstəqil analitik və ekspertlər iştirak etmişlər.

Videokonfransda MDB PAA DİMBİ Bakı filialının rəhbəri Teymur Muradov “Seçkilərin distant müşahidəsi. İmkanlar və perspektivlər” mövzusunda məruzə etmişdir. O, çıxışı zamanı dinləyicilərə seçkilərin distant müşahidəsinə imkan verən və Azərbaycanda da geniş tətbiq edilən videokameralardan söz açdı. Filial rəhbəri 1000 seçki məntəqəsində quraşdırılan və müşahidəçilərlə yanaşı istənilən şəxsə məntəqədə səsvermə prosesini izləməyə imkan verən kameralar barədə ətraflı məlumat verdi.

Videokonfransda həmçinin Moldova Respublikası ilə yanaşı, Rusiya Federasiyası, Latviya, Almaniya Respublikalarından mütəxəssislər, MDB PAA Şurası Katibliyinin əməkdaşları və Baş katibi, MDB PAA DİMBİ-nin rəhbəri və filiallarından nümayəndələr iştirak və çıxışlar etmişlər.

Videokonfrans qarşılıqlı diskussiya və fikir mübadiləsi formasında yekunlaşmışdır.