Дмитрий Кобицкий поздравил факультет международных отношений СПбГУ с 25-летием
29/03/2019
Бакинский филиал МИМРД МПА СНГ провел круглый стол на тему мультикультурализма и толерантности
01/04/2019
Show all

MDB PAA DİMBİ Bakı filialı “Azərbaycan multikulturalizm və tolerantlığın mərkəzidir” mövzusunda tədbir keçirmişdir

MDB PAA DİMBİ Bakı filialı 29 mart 2019-cu il tarixində Bakı Slavyan Universitetində “Azərbaycan multikulturalizm və tolerantlığın mərkəzidir” mövzusunda tədbir keçirmişdir.

Tədbirdə müxtəlif ictimaiyyət və elm xadimləri, professor-müəllim heyəti, ekspertlər, ziyalılar, QHT nümayəndələri iştirak etmişlər.

Tədbirdə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bildirdi ki,  “multikulturalizm və tolerantlıq elə bir siyasətdir ki, o insanın ömrünə ömür gətirir. O, insanı rahat, əmin-amanlıq içərisində yaşadığını sübut edir. Bu gün Azərbaycan xalqının yüksək mədəniyyəti, insanpərvərliyi, qonaqpərvərliyi və vətənpərvərliyi digər xalqlarla münasibəti ilə tanınır və biz bundan ilham alırıq, qürur duyuruq”.

Həmçinin, tədbirdə MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmamməliyev çıxış edərək, dəyirmi masada müzakirə olunan mövzunun çox əhəmiyyətli olduğunu vurğuladı. O, Azərbaycanda əsrlər boyu multikulturalizm və tolerantlıq ənənələrinin formalaşmasında çoxsaylı amillərin iştirak etdiyini, çoğrafi, etnik, milli, sosial, iqtisadi, mədəni və digər təsirlər əsasında formalaşmış multikulturalizm və tolerantlıq modelinin bu gün bütün dünyada unikallığı ilə seçilməkdə olduğunu tədbir iştirakçıların diqqətinə çatdırdı. Həmçinin, MDB PAA DİMBİ Bakı filialı tərəfindən həyata keçirilən müvafiq elmi-araşdırma işindən bəhs edən Elman İmaməliyev Azərbaycan multikulturalizm ənənələrinin səciyyəvi xüsusiyyətləri, onların formalaşmasında iştirak edən elementlər haqqında bəhs etdi və elmi-araşdırma işinin nəticələrinə əsasən geniş hesabat hazırlandığını gələn qonaqların diqqətinə çatdırdı. O, elmi-araşdırma işində eyni zamanda multikulturalizm və tolerantlığın Azərbaycan modeli, onların inkişafına yönəlik dövlət siyasəti, o cümlədən müvafiq sahədə qəbul edilən normativ sənədlər barədə də məlumatların öz əksini tapdığını söylədi.

Tədbirdə Azərbaycanda multikulturalizm və tolerantlıq tarixi, Azərbaycanda multikulturalizm və tolerantlığın təmin olunması üzrə dövlət siyasəti, multikulturalizm və tolerantlığın inkişaf etdirilməsi üzrə qəbul edilmiş normativ sənədlər, görülən işlər və dövlət orqanlarının rolu  geniş müzakirə olundu.

Çıxış edənlər – Rafiq Novruzov (Bakı Slavyan Universitetinin prorektoru), Robert Mobili (Alban-Udi dini icmasının sədri), Şirin Məlikova (Azərbaycan Xalça Müzeyinin direktoru), Həbib Mirzəyev (Azərbaycan Texniki Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri), Nahidə Məmmədxanova  (“Elm çırağı” İctimai Birliyinin rəhbəri), Ağa Hacıbəyli (İlahiyyatçı), Nigar Muradova (“Modern RN” Nitq İnkişafı Mərkəzinin sədri), Bakı Slavyan Universitetinin müəllimləri Sevda Axundova, Maya Cəfərquliyeva, Asif Quliyev multikulturalizm və tolerantlıqla bağlı maraqlı fikirlər səsləndirdilər, şəxsi təcrübələrindən bəhs etdilər.

Tədbirin sonunda MDB PAA DİMBİ Bakı filialının  2 dildə hazırladığı əyani vəsaitlər iştirakçılara paylandı.