MDB PAA DİMBİ Bakı filialı 2018-ci ilin iş planına uyğun olaraq “Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu” adlı elmi-araşdırma işinə başlamışdır. Elmi-araşdırma işinin aparılmasında əsas məqsəd Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu, o cümlədən bu sahədə həyata keçirilən islahatlar, dövlət proqramlarının öyrənilməsi, qadınların ölkənin ictimai-siyasi həyatında fəallığının təmin edilməsi üzrə qəbul edilən normativ sənətdlərin öyrənilməsindən ibarətdir. Başlanan elmi-araşdırma işinin noyabr ayının sonunda başa çatması nəzərdə tutulur.