Сергей Антуфьев встретился со студентами Санкт-Петербургского государственного экономического университета
13/02/2018
Представители консульских миссий, аккредитованных в Санкт-Петербурге, посетили штаб-квартиру МПА СНГ
14/02/2018
Show all

MDB PAA-dan olan müşahidəçilər Azərbaycan Respublikası Prezidenti seçkilərinin monitorinqində iştirak etmək üçün dəvət olunmuşlar

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov 11 aprel 2018-ci ildə keçiriləcək növbədənkanar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsinə hazırlığın gedişinin monitorinqində iştirak etmək məqsədilə MDB PAA-dan olan müşahidəçilər qrupu üçün MDB PAA Şurasının Sədri, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Sədri Valentina Matvienkoya dəvət göndərmişdir.

Məktubda Oqtay Əsədov xüsusilə qeyd etmişdir ki, Azərbaycan Respublikası MDB Parlamentlərarası Assambleyası ilə, o cümlədən seçkilər və referendumların müşahidəsi sahəsində hərtərəfli əlaqələrin gələcək inkişafı və dərinləşdirilməsinə böyük əhəmiyyət verir.

MDB Parlamentlərarası Assambleyası MDB PAA iştirakçısı olan dövlətlərin parlamentariləri, eləcə də MDB PAA Şurasının Katibliyinin əməkdaşları və MDB PAA iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun (MDB PAA DİMBİ) ekspertlərindən ibarət müşahidəçilər qrupunu formalaşdıraraq Azərbaycan Respublikasına göndərəcək.

Uzunmüddətli monitorinq mərhələsində MDB PAA DİMBİ ekspertləri və DİMBİ Bakı filialının əməkdaşları Azərbaycan Respublikasının seçki qanunvericiliyinin beynəlxalq seçki standartlarına uyğunluğunun təhlili, eləcə də Azərbaycan Respublikası Prezidenti seçkilərinin gedişində seçki prosesləri və qanunvericilik, icra və məhkəmə hakimiyyət strukturlarının fəaliyyətini səciyyələndirən informasiya materiallarının toplanması və ekspert qiymətləndirməsini aparacaqlar.