MDB PA-nın müşahidəçiləri Azərbaycan Baş prokuroru ilə prezident seçkiləri zamanı vətəndaşların hüquqlarına riayət olunmasını müzakirə ediblər
05/02/2024
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının müşahidə missiyasının üzvləri görüşüb
05/02/2024
Show all

MDB PA-dan olan beynəlxalq müşahidəçilər “Milli Cəbhə” Partiyasının namizədi Razi Nurullayev ilə seçki qərargahında görüş keçiriblər

5 fevral 2024-cü il tarixində MDB PA-dan olan müşahidəçilər Milli Cəbhə Partiyasından olan namizəd Razi Nurullayevlə görüşüb. O, öz proqramının əsas müddəalarından və sıx müddətlərə görə “partiyanın bütün resurslarının gərginləşməsini tələb edən” seçkiqabağı işin xüsusiyyətlərindən danışıb.

“Bu seçkinin bir qalibi olacaq, amma uduzan olmayacaq. Biz vəziyyəti tərsinə çevirdik, haqqımızda danışmağa məcbur etdik. İnsanlar namizədləri və onların proqramlarını müzakirə edirlər” – deyə Razi Nurullayev hazırkı kampaniyanın rəqabətliliyindən danışıb.

Görüşdə MDB PA-dan olan müşahidəçilər qrupunun koordinatoru, Qazaxıstan Respublikası Parlamenti Senatının sədr müavini Jakip Asanov 38 nəfərin daxil olduğu qrupun tərkibi barədə danışıb və  vurğulayıb ki, MDB PA-dan olan müşahidəçilər dövlətin suverenliyinə hörmət, qərəzsizlik, seçki prosesinə təsirli köməklik göstərmək və müdaxilə etməmək prinsiplərini rəhbər tuturlar.
Müşahidəçilərin suallarını cavablandıran namizəd qeyd edib ki, seçkiqabağı prosesdə heç bir maneə ilə üzləşməyib. Bununla belə, partiyanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təklifləri var və deputat həmçinin mediada pulsuz efir vaxtının artırılmasının tərəfdarı olduğunu bildirib. Dünən beynəlxalq müşahidəçilər daha üç namizədlə görüş keçirib. Sabah monitorinq qrupunun işi davam etdiriləcək.