MDB PA-dan olan beynəlxalq müşahidəçilər “Böyük Azərbaycan” Partiyasının namizədi Elşad Musayevin seçki qərargahında görüş keçiriblər
04/02/2024
MDB PA-nın müşahidəçiləri Azərbaycan Baş prokuroru ilə prezident seçkiləri zamanı vətəndaşların hüquqlarına riayət olunmasını müzakirə ediblər
05/02/2024
Show all

MDB PA-dan olan beynəlxalq müşahidəçilər Prezidentliyə namizəd Zahid Oruc ilə seçki qərargahında görüş keçiriblər

Fevral ayının 5-də namizəd Zahid Orucun qərargahının rəhbərliyi ilə görüşdə MDB PA Şurasının Baş katibi Dmitriy Kobitskiy Birlik ölkələrinin parlamentlərinin deputatları və senatorlarının və Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun ekspertlərinin daxil olduğu qrupun tərkibindən, eləcə də uzunmüddətli monitorinqin necə reallaşdığı barədə danışıb.

Dmitriy Kobitskiy MDB PA-dan olan müşahidəçilərin obyektivliyi və qərəzsizliyi ön planda tutduqlarını vurğulayıb. Namizədin Seçki Qərargahının rəhbəri Tahirə Allahyarova seçicilərlə işin necə təşkil edildiyindən danışıb. O qeyd edib ki, namizəd səsvermənin nəticələrinə görə liderlər sırasında yer alacağını gözləyir. Zahid Orucun parlamentin dörd çağırış deputatı olduğu ilə əlaqədar böyük siyasi təcrübəyə malik oldüğu qeyd edilib.

Müşahidəçilərin suallarını cavablandıran qərargah rəhbəri sıx müddətli seçki kampaniyası şəraitində Mərkəzi Seçki Komissiyasının işini “qüsursuz” adlandırıb. Namizədin nümayəndələri gənclərdən informasiya əldə etmək üçün sosial şəbəkələrdə təşviqat işinə böyük diqqət yetirdiklərini vurğulayıblar.