MDB PA-dan olan beynəlxalq müşahidəçilər Prezidentliyə namizəd Fuad Əliyev ilə seçki qərargahında görüş keçiriblər
04/02/2024
MDB PA-dan olan beynəlxalq müşahidəçilər “Böyük Azərbaycan” Partiyasının namizədi Elşad Musayevin seçki qərargahında görüş keçiriblər
04/02/2024
Show all

MDB PA-dan olan beynəlxalq müşahidəçilər “Böyük Quruluş” Partiyasının namizədi Fazil Mustafa ilə seçki qərargahında görüş keçiriblər

4 fevral 2024-cü il tarixdə MDB PA-dan olan beynəlxalq müşahidəçilər Prezident seçkilərində namizədliyi “Böyük Quruluş” Partiyası tərəfindən irəli sürülən Fazil Mustafa ilə görüşüblər.

“4 fevralda start götürmüş seçkilərin qısamüddətli müşahidəsi zamanı biz dövlət hakimiyyəti və seçkilərin inzibatçılığı orqanlarının nümayəndələri, eləcə də Azərbaycan Respublikasının prezidentliyinə namizədləri və seçki qərargahlarının rəhbərliyi ilə görüşlər keçiririk”, – MDB PA Şurası Katibliyi rəhbərinin müavini – MDB PA DİMBİ-nin direktoru İvan Müşket görüş iştirakçılarına məlumat verib.

Fazil Mustafa müşahidəçilərə Azərbaycan hökumətinin xarici siyasətini dəstəklədiyini, MDB dövlətləri ilə əlaqələrin və münasibətlərin möhkəmləndirilməsinin tərəfdarı olduğunu bildirib.

Namizəd seçki kampaniyasının keçirilməsinə şərait yaradılmasında MSK-nın işini müsbət qiymətləndirir. Onun Partiyasından seçki məntəqələrində 6700 müşahidəçi təmsil olunacaq.