Uşaq hüquqlarının müdafiəsinə həsr olunmuş dəyirmi masa
07/11/2023
MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev Bakı filialının cari ilin fəaliyyətilə bağlı məruzə ilə çıxış etdi
01/12/2023
Show all

“Tavriçeskiy” Beynəlxalq Gənclər diskussiya klubunun “Distant elektron səsvermə: açıqlıq və etibar” mövzusunda iclası keçirilib

30 noyabr 2023-cü il tarixdə Rusiya Federasiyasının seçki sisteminin 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans çərçivəsində “Tavriçeskiy” Beynəlxalq Gənclər diskussiya klubunun “Distant elektron səsvermə: açıqlıq və etibar” mövzusunda iclası keçirilib.

Diskussiya klubunun iclasının təşkilatçısı qismində MDB PA iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutu çıxış edib.

İclasda MDB PA Şurası Katibliyinin rəhbəri – Baş katib Dmitriy Kobitskiy, MDB PA Şurası Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PA Şurası Katibliyi rəhbərinin müavini, MDB PA DİMBİ-nin direktoru İvan Müşket, MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev, MDB PA DİMBİ filiallarının direktorları və digər şəxlər iştirak ediblər.

Azərbaycan Respublikası, Ermənistan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Moldova Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası və Özbəkistan Respublikasından olan MDB PA Şurası Katibliyinin tərəfdaş universitetlərini təmsil edən yüzə yaxın gənclər seçki komissiyalarının nümayəndələri, tələbələr, magistrantlar, aspirantlar və gənc müəllimlər əyani və onlayn formatda iclasın iştirakçıları olmuşlar.

Diskussiya iştirakçıları müzakirələrdə əhatə olunan əsas mövzularla bağlı çıxış edə, öz həmkarlarına suallar verə bildilər. İclas başa çatdıqdan sonra onun iştirakçıları razılığa gəlmişlər ki, distant elektron səsvermənin tətbiqi məsələləri MDB dövlətlərinin təcrübəsi nəzərə alınmaqla diskussiya klubunun müstəvisində meydançasında müzakirələrin davam etdirilməsini, həmçinin müasir texnologiyaların imkanlarının öyrənilməsini tələb edir.

Xatırladaq ki, diskussiya müstəvisinin meydançasının təşkili ideyası 2022-ci ilin iyun ayında MDB PA-nın mənzil-qərargahında Gənclər parlamentlərarası forumunda səsləndirilib. Bildirilmişdir ki, klub beynəlxalq gənclər formatlarının mövcud çatışmazlığını ödəyə bilər və sərbəst və açıq fikir mübadiləsinə, yeni ideyaların və orijinal həllərin axtarışına kömək edəcək.