Bakıdakı Rus evində görüş
19/10/2023
Uşaq hüquqlarının müdafiəsinə həsr olunmuş dəyirmi masa
07/11/2023
Show all

“Dünya ölkələrinin seçki sistemləri” olimpiadasında MDB-dən olan 2,5 min nəfər tələbə iştirak edib

“Dünya ölkələrinin seçki sistemləri” IV Beynəlxalq Tələbə internet-olimpiadası başa çatıb.

İntellektual yarışmada Birlik ölkələrinin 172 ali təhsil müəssisəsindən  2476 tələbə iştirak edib. Dörd il ərzində iştirakçıların sayı təxminən 3,5 dəfə, onların təmsil etdikləri universitetlərin sayı isə üç dəfə artıb.

Bu il olimpiadada iştirak etmək üçün müraciətlərin əksəriyyəti Rusiyadan (1609 nəfər), Qazaxıstandan (365 nəfər) və Azərbaycandan (122 nəfər) olub.

Olimpiadada həmçinin Belarus, Qırğız, Moldova, Tacikistan, Özbəkistan, Ermənistan, Ukrayna, Türkmənistan, Bosniya və Herseqovina, Vyetnam, Qvineya-Bisau, Cibuti, Misir, İndoneziya, Çin, Konqo, Koreya, Liviya, Mali, Meksika, Monqolustan və Çad vətəndaşları olan tələbələr iştirak ediblər.

Yaradıcılıq yarışması 15 sentyabr-30 oktyabr 2023-cü il tarixlərində keçirilib. Onun təşkilatçıları qismində MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi beynəlxalq İnstitutu, Saratov Dövlət Hüquq Akademiyası və Beynəlxalq elmi informasiya mərkəzi çıxış ediblər.

Hazırda hüquq elmləri namizədi, A. I. Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin dövlət hüququ kafedrasının dosenti Andrey İlyinin rəhbərlik etdiyi olimpiadanın münsiflər heyəti olimpiada iştirakçılarının işlərinin yoxlanılmasına başlayıb.