01/06/2023
MDB Parlamentlərarası Assambleyasından bir qrup beynəlxalq müşahidəçi Özbəkistan Respublikasının Prezident seçkilərində Daşkənddə müşavirə keçirib
10/07/2023

İyul ayının 4-də MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçiləri Özbəkistanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı vaxtından əvvəl səsvermənin monitorinqi çərçivəsində Özbəkistan Respublikasının Fərqanə vilayətindəki seçki məntəqələrində və Bakı şəhərində təşkil olunmuş xarici seçki məntəqəsində olublar.

MDB PA-dan olan beynəlxalq müşahidəçilər Fərqanə vilayətinin Riştan şəhərindəki seçki məntəqələrində olarkən əmin olublar ki, seçki məntəqələri tələblərə uyğun olaraq bütün zəruri texniki vasitələrlə, o cümlədən seçicilər üçün informasiya materialları ilə təchiz olunub. Rahat səsvermə üçün məntəqələrdə kondisionerlər quraşdırılıb, içməli su mənbələri vardır.

804 və 843 saylı seçki məntəqələrinin seçki komissiyalarının üzvləri bildiriblər ki, bu günə kimi ümumilikdə 182 nəfər səs verib. Bu məntəqələrdə ümumilikdə 5063 seçici qeydiyyata alınıb. Əlillər üçün evdə səsvermə təşkil olunub.

Monitorinq qrupunun üzvləri Bakı şəhərində Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində yerləşən 28 saylı seçki məntəqəsində olarkən xaricdə vaxtından əvvəl səsvermənin təşkili və keçirilməsi ilə tanış olmaq imkanı əldə ediblər. Müşahidəçilər seçki məntəqəsinin təşkili səviyyəsini və seçki komissiyalarının üzvlərinin peşəkarlığını yüksək qiymətləndiriblər.

Onlar həmçinin qeyd ediblər ki, növbədənkənar səsvermə prosesi sakit, milli qanunvericiliyin müəyyən edilmiş tələblərinə və demokratik seçkilərlə bağlı beynəlxalq standartlara uyğun şəkildə keçirilir.

Qeyd edək ki, 2023-cü il iyul ayının 9-na təyin edilmiş Özbəkistan Respublikası Prezidentinin növbədənkənar seçkilərində vaxtından əvvəl səsvermə iyun ayının 28-dən iyul ayının 5-i də daxil olmaqla olan müddətdə keçirilir.