Заседание Постоянной комиссии МПА СНГ по правовым вопросам состоялось в Таврическом дворце
27/10/2020
Миссия наблюдателей от СНГ подвела итоги выборов Президента Республики Молдова
03/11/2020
Show all

MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Moldova Respublikası Prezident seçkilərini müşahidə etmişlər

1 noyabr 2020-ci il tarixində Moldova Respublikasında növbəti Prezident seçkiləri keçirilmişdir. Moldova Respublikası Prezident ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 4 il müddətinə seçilir. Prezident seçkilərində səsvermə üçün 24 xarici  ölkədə olan  diplomatik nümayəndəliklərdə 139 seçki məntəqəsi təşkil edilmişdir. Ən çox seçki məntəqələri İtaliya (30), Rusiya (17), Rumıniya, ABŞ (12) və Fransada (8) ölkələrində açılmışdır. Moldova Respublikası Prezident seçkilərinə ümumilikdə səkkiz namizəd qeydə alınmışdır:

1) Renato Usatıy (“Bizim Partiya”);

2) Andrey Nestase (“Platforma HƏ”);

3) Tudor Deliu (Moldova Liberal-Demokratik Partiyası);

4) İqor Dodon (müstəqil namizəd);

5) Violetta İvanova (“ŞOR”Partiyası);

6) Maya Sandu (“Fəaliyyət və Həmrəylik” Partiyası);

7) Oktavian Sıku (Milli Birlik Partiyası);

8) Dorin Kirtoake (“Unirea” seçki bloku).

Moldova Respublikası Prezident seçkilərinin təşkili və keçirilməsinin müşahidəsi məqsədilə Moldova Respublikasının Mərkəzi Seçki Komissiyasında beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçmiş MDB PAA DİMBİ Bakı filialının əməkdaşları 1 noyabr 2020-ci il tarixində Moldova Respublikasının Bakı şəhərində yerləşən səfirliyində təşkil olunmuş seçki məntəqəsində səsvermənin gedişini müşahidə etmişlər. Səsvermə yerli vaxtla səhər saat 07:00-dan saat 18:00-dək davam etmişdir.

MDB PAA DİMBİ Bakı filialının əməkdaşları gün ərzində səsvermənin gedişində əldə etdikləri müşahidə məlumatlarını MDB müşahidə missiyasının qərargahına təqdim etmişlər.