Председатель и члены Совета МПА СНГ почтили память погибших в Великой Отечественной войне
13/05/2020
Конференцию «Роль государственных и общественных институтов в демократизации общества» провел Бакинский филиал МИМРД
18/05/2020
Show all

MDB PAA DİMBİ Bakı filialı “ Demokratik islahatların həyata keçirilməsində dövlət və ictimai institutların rolu ” mövzusunda videokonfrans keçirmişdir

MDB PAA DİMBİ Bakı filialı 14 may 2020-ci il tarixində Bakı şəhərində “Demokratik islahatların həyata keçirilməsində dövlət və ictimai institutların rolu ” mövzusunda videokonfrans keçirmişdir.

Videokonfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatları Pərvin Kərimzadə,  Ülviyyə Ağayeva, MDB PAA Şurası Baş Katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PAA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PAA DİMBİ direktoru İvan Muşket, QHT, KİV və siyasi partiyaların nümayəndələri, müxtəlif ictimaiyyət və elm xadimləri, professor-müəllim heyəti, ekspert və ziyalılar iştirak etmişlər.

Videokonfransı MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev açaraq pandemiya dövründə tədbirlərin onlayn təşkilinin çox aktual olduğunu bildirdi. O həmçinin, onlayn tədbirə Bakı şəhəri və regionlardan, Rusiya Federasiyasından (Moskva, Sankt-Peterburq şəhərləri), Moldova (Kişinyov şəhəri) və Qırğız Respublikalarından (Bişkek şəhəri) qoşulan həmkarları salamlayaraq  müzakirə olunan mövzunun böyük əhəmiyyətə malik olduğunu vurğuladı: “Demokratik dövlət quruculuğunun uğurla həyata keçirilməsi üçün yüksək siyasi və hüquqi mədəniyyətə malik olan, bacarıqlı, peşəkar kadrların, siyasi elitanın formalaşması xüsusi önəm kəsb edir. Təcrübə də göstərir ki, rəhbər vəzifələrə sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq savadlı, bacarıqlı insanların seçilməsi prinsipi demokratiyanın əsasını təşkil edir. Azərbaycan dövləti beynəlxalq birliyin layiqli üzvü olmaq, dünyada baş verən proseslərdə yaxından iştirak etmək, ümumbəşəri dəyərlərə, sivil dünyanın əldə etdiyi nailiyyətlərə öz töhfəsini vermək üçün ardıcıl siyasətini həyata keçirməyə başladı və demokratiya, vətəndaş cəmiyyəti quruculuğu dövlət siyasətinin prioritetinə çevrildi”.

Bundan əlavə Elman İmaməliyev öz çıxışında “MDB PAA DİMBİ Bakı filialının əməkdaşları tərəfindən də belə bir mövzuda elmi-araşdırma işi aparıldığını və bu günkü videokonfransda səslənən çıxışların, fikirlərin, təklif və tövsiyələrin elmi-araşdırma işinə öz töhfəsini verəcəyini qeyd etdi”.

Çıxış edənlər – Azərbaycan Respublikası Milli Məclisinin deputatları  Pərvin Kərimzadə, Ülviyyə Ağayeva,  DİMBİ eksperti, Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin professoru, i.e.n., professor (Rusiya Federasiyası) Stanislav Tkaçenko, DİMBİ eksperti, RF əməkdar elm xadimi, h.e.d., professor (Rusiya Federasiyası) Roman Romaşov, t.e.d., professor, Azərbaycan Texniki Universitetinin prorektoru Sübhan Namazov, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli, t.e.d., professor, Azərbaycan Texniki Universitetinin İctimai fənnlər kafedrasının müdiri Şikar Qasımov, t.e.n.,  Qlobal Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qalib Hüseynov, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun vitse-prezidenti,Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova demokratik islahatların həyata keçirilməsində iştirak edən və bu işə öz təhfəsini verən qurumların müvafiq fəaliyyəti, görülən işlər, əldə edilən nəticələrlə bağlı maraqlı fikirlər səsləndirdilər.

Videokonfransın sonunda MDB PAA DİMBİ Bakı filialının  2 dildə hazırladığı əyani vəsaitlər iştirakçılara elektron şəkildə təqdim edildi. Videokonfrans qarşılıqlı diskussiya və fikir mübadiləsi formasında yekunlaşdı.