Проблемы соблюдения международного гуманитарного права и обеспечения мира и безопасности обсудили в Таврическом дворце
December 3, 2018
В Баку состоялся круглый стол «Роль женщин в общественно-политической жизни Азербайджана»
December 4, 2018
Hamısı

MDB PAA DİMBİ Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu”  mövzusunda dəyirmi masa keçirmişdir

MDB PAA DİMBİ Bakı filialı 03 dekabr 2018-ci il tarixində “Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu”  mövzusunda tədbir keçirmişdir.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, bir sıra dövlət strukturlarının məsul əməkdaşları, müxtəlif ictimaiyyət və elm xadimləri, KİV, QHT, siyasi partiyaların, MDB PAA və TÜRK PA-dan nümayəndələr, MDB PAA DİMBİ-nin Kişinyov və Bişkek filiallarından olan qonaqlar iştirak etmişlər.

Tədbirdə gender bərabərliyinin təmin olunması üzrə Azərbaycan Respublikasında həyata keçirilən islahatlar, o cümlədən qəbul və ratifikasiya edilən qanunlar, həyata keçirilən dövlət proqramları və onların nəticələri, qadınların Azərbaycan Respublikasının ictimai-siyasi həyatında iştirakının səciyyəvi xüsusiyyətləri, Dövlət Gender Siyasəti və onun icrası üzrə görülən işlər və digər istiqamətlərdə fikirlər səslənmiş, müzakirələr aparılmışdır. Tədbirə qatılan beynəlxalq təşkilatların nümayəndələri təmsil etdikləri qurumların gender əlaqəli fəaliyyətinə dair təcrübələrini paylaşmışlar. Tədbirin sonunda MDB PAA DİMBİ Bakı filialının  2 dildə hazırladığı əyani vəsaitlər iştirakçılara paylanmışdır.

Tədbirdə MDB məkanında qender məsələləri ilə bağlı keyfiyyət göstəriciləri və indikatorların işlənib hazırlanması ilə bağlı təkliflər irəli sürülmüşdür.