MDB PAA-nın beynəlxalq müşahidə qrupunun üzvləri Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədlərlə görüşmüşlər
10/04/2018
В Азербайджанской Республике проходят выборы Президента
11/04/2018
Show all

MDB PAA-dan olan missiya Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Abbasovla görüşmüşdür

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Abbasov aprelin 11-də keçiriləcək  Azərbaycan Respublikası Prezidenti seçkilərinin qısamüddətli müşahidə   edəcək Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PAA) müşahidə missiyasının üzvləri ilə görüşüb.

Ziyafət Abbasov MDB üzvü olan ölkələrin demokratik inkişaf yolu seçmiş gənc dövlətlər olduğunu deyib. Bu ölkələrdə keçirilən seçkilər ildən-ilə təkmilləşir və xalqın iradəsinin daha dolğun ifadə olunması üçün yeni imkanlar  yaradılır.

Bildirilib ki, Azərbaycanda keçiriləcək prezident seçkilərinin şəffaflığı üçün yüksək səviyyəli şərait yaradılıb, min seçki dairəsində veb-kameralar quraşdırılıb. Bu, dünyanın istənilən ölkəsindən seçki prosesini izləməyə imkan verəcək.

Ziyafət Abbasov missiya üzvlərinə işlərində uğurlar arzulayıb.

Səmimi görüş üçün təşəkkürünü bildirən Belarus Respublikası Milli Məclisinin nümayəndələr palatasının Milli təhlükəsizlik üzrə daimi komissiyasının sədri Mixneyviç Valentin Vladimiroviç bildirib ki, missiya üzvləri bir sıra seçki məntəqələrində seçkiyə hazırlığın vəziyyəti ilə yaxından tanış olublar. Məntəqələrin yüksək səviyyədə hazırlandığını bildirən Mixneyviç Valentin Vladimiroviç seçki ərəfəsindəki təbliğat kampaniyasının da beynəlxalq normalara uyğun olaraq keçirildiyini diqqətə çatdırıb.