В Республике Молдова прошла церемония подведения итогов конкурса сочинений «Зачем идти на выборы» среди учеников 11-x классов лицеев муниципии Бэлць
28/03/2018
Экспертами стран Содружества доработан проект Соглашения о координации межгосударственных отношений в области фундаментальных исследований
30/03/2018
Show all

MDB PAA DİMBİ Bakı filialı tərəfindən “Gənclər seçir və seçilir” adlı Beynəlxalq seminar keçirilmişdir

MDB PAA Demokratiyanı, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı tərəfindən Azərbaycan Respublikasının Xaçmaz şəhərində 28 mart 2018-ci il tarixdə “Gənclər seçir və seçilir” adlı Beynəlxalq seminar  keçirilmişdir.

Seminarda MDB PAA Şurasının Katibliyi və onun Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun nümayəndələri və ekspertləri, qonaqlar, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və bir sıra dövlət qurumlarının əməkdaşları iştirak etmişlər.

 

 

Seminarda Azərbaycanın içtimai-siyasi həyatında gənclərin iştirakının xüsusiyyətləri, tendensiyaları və perspekriv imkanları müzakirə edildi.

Seminarın mövzusuna uyğun olaraq müzakirələr aparıldı və MDB PAA DİMBİ Bakı filialının hazırladığı əyani vasitələr seminar iştirakçılarına paylandı.