В Таврическом дворце прошел круглый стол, посвященный вопросам мониторинга выборов Президента Российской Федерации
22/02/2018
Виктор Когут продолжил рабочую поездку по Псковской области в рамках мониторинга выборов Президента Российской Федерации
23/02/2018
Show all

MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən Rusiya Federasiyası Prezidenti seçkilərinin monitorinqinə həsr edilmiş dəyirmi masada iştirak etmişdir

MDB PAA Şurasının Katibliyi tərəfindən Sankt – Peterburq şəhərində beynəlxalq müşahidəçilər üçün Rusiya Federasiyası Prezidenti seçkilərinin monitorinqinin məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

Dəyirmi masanın işində MDB PAA-dan olan müşahidəçilər qrupunun koordinatoru, Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin birinci müavini Ziyafət Əsgərov, MDB PAA-dan olan müşahidəçilər qrupuna daxil olan beynəlxalq müşahidəçilər, Sankt-Peterburq şəhəri, Leninqrad, Novqorod vilayətləri və Kareliya Respublikasının seçki komissiyalarının, Sankt-Peterburq şəhəri və Leninqrad vilayətinin İctimai palatalarının nümayəndələri, seçki prosesləri sahəsində Rusiya Federasiyası və xarici dövlətlərdən olan aparıcı ekspertlər iştirak etmişlər.

MDB PAA Şurasının Baş katibi – MDB PAA Şurasının Katibliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Serqey Antufyev öz çıxışında MDB PAA-dan olan beynəlxalq müşahidəçilərə yardım göstərilməsi və müşahidənin keyfiyyətinin artırılmasında MDB PAA DİMBİ tərəfindən aparılan ekspert işinin vacibliyini vurğulamışdır.

MDB PAA-dan olan beynəlxalq müçahidəçilər qrupunun koordinatoru Ziyafət Əsgərov müşahidənin uzunmüddətli və qısamüddətli mərhələlərinin xüsusiyyətlərində dayanaraq, qrupun vəzifələri barədə məlumat vermişdir.

Dəyirmi masada çıxış edən MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev uzunmüddətli monitorinq çərçivəsində Rusiya Federasiyasının regionlarına səfərlərinin təəssüratları ilə tədbir iştirakçıları ilə bölüşdü.

Dəyirmi masanın işi MDB PAA DİMBİ eksperti, Sankt-Peterburq dövlət universitetinin professoru Stanislav Tkaçenkonun “Birlik dövlətlərində seçki prosesləri” seriyasından olan “Prezident hakimiyyəti institutu” monoqrafiyasının təqdimatı ilə başa çatmışdır.