Католики отмечают Рождество Христово
25/12/2017
Телерадиокомпания «Мир» к 2022 году перейдет на телепроизводство в формате сверхвысокой четкости
27/12/2017
Show all

Azərbaycan prezidenti sabah MDB liderlərinin qeyri-formal görüşünə qatılacaq

Dekabrın 26-da Moskvada MDB ölkələrinin dövlət başçılarının qeyri-formal görüşü keçiriləcək.

Kremlin mətbuat xidmətinin məlumatına görə, görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulacaq və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.

Toplantıda Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev,  Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şövkət Mirziyoyev iştirak edəcəklər.
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov isə görüşə qatılmayacaq.