MDB PA DİMBİ haqqında ümumi məlumat

17 noyabr 2005-ci ildə MDB PA Şurasının iclasında Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini S.Y. Orlova Şura üzvlərinə Demokratiyanın inkişafının, insan hüquqlarına riayət olunmasının və parlamentarizmin möhkəmləndirilməsinin monitorinqi beynəlxalq institutunun yaradılması təklifi ilə müraciət edib (iclasın protokoluna əsasən ilkin adı).

2 fevral 2006-cı ildə MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə Daimi komissiyası MDB PA Şurası Katibliyinin ixtisaslaşmış bölməsinin təşkili haqqında Əsasnamə layihəsini (hazırlıq zamanı bölmənin ilkin adı dəqiqləşdirilib) qəbul edib və MDB PA Şurasının müzakirəsinə təqdim olunub.

10 fevral 2006-cı ildə MDB PA Şurasının Kiyevdə keçirilmiş sessiyasında Əsasnamə təsdiq edilmişdir. Həmin gün MDB PA DİMBİ-nin rəsmi yaradılması tarixi hesab olunur.

DİMBİ haqqında Əsasnaməyə uyğun olaraq, institut informasiya mübadiləsini təşviq etmək, demokratiya və parlamentarizmin inkişafı üzrə qabaqcıl təcrübəni ümumiləşdirmək və vətəndaşların seçki hüquqlarına riayət etmək məqsədi ilə yaradılan MDB Parlamentlərarası Assambleyasının köməkçi məsləhətçi orqanıdır.

İnstitut öz fəaliyyətində Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, Ümumdünya Demokratiya Bəyannaməsini, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktı, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasını, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərdə demokratik seçki standartları, seçki hüquq və azadlıqları haqqında Konvensiyanı, Müstəqil Dövlətlər Birliyinin Nizamnaməsini, Müstəqil Dövlətlər Birliyinin insan hüquq və əsas azadlıqları haqqında Konvensiyasını, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası haqqında Konvensiyanı, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası haqqında Sazişi, həmçinin MDB PA və MDB PA Şurasının qərarlarını, yuxarıda qeyd etdiyimiz Əsasnaməni, MDB PA fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktları rəhbər tutur.

DİMBİ strukturunda aşağıdakı filiallar fəaliyyət göstərir::

  • BAKI FİLİALI

  • BİŞKEK FİLİALI

  • YEREVAN FİLİALI

Məqsədlərinə çatmaq üçün institut:

  • Analitik, elmi, metodiki və tədris-məsləhətçi fəaliyyətlərini həyata keçirir;

  • seçkilərin və referendumların monitorinqini aparır;

  • beynəlxalq və tərəfdaş təşkilatlarla qarşılıqlı əməkdaşlıq edir.