MDB PA DİMBİ Bakı filialının fəaliyyət növləri.
MDB PA DİMBİ Bakı filialı analitik, metodik və tədris-məsləhətçi fəaliyyətini yerinə yetirir.
1.MDB PA DİMBİ Bakı filialının analitik fəaliyyətinə daxildir:
- demokratiya, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunması problemləri üzrə araşdırmalar və işlərin monitorinqinin keçirilməsi;
- demokratiyanın inkişafı sahəsində parlament və qeyri-hökumət təkilatlarının fəaliyyətinin, parlamentarizmin inkişafı milli təcrübəsinin təhlili;
- kütləvi informasiya vasitələrində MDB iştirakçısı olan dövlətlərdə seçkilərin təşkili proseslərinin işıqlandırılmasının monitorinqinin keçirilməsi;
- MDB PA DİMBİ Bakı filialının məqsəd və fəaliyyət növlərinə aid olan məlumatların toplanması, saxlanması və ümumiləşdirilməsinin təşkili.
2. MDB PA DİMBİ Bakı filialının metodik fəaliyyətinə daxildir:
- Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki -hüquqlarına riayət olunmasının monitorinqi sahəsində sənədlərinin hazırlanmasına yardım;
- seçkiləri müşahidə Beynəlxalq standartlarının təkmilləşdirilməsi və unifikasiyası, vətəndaşların seçki hüquqlarının müdafiəsinin təmin edilməsi üzrə təklif və tövsiyələrin hazırlanması;
- seçkilərə hazırlıq və onun təşkilinin müşahidəsi üzrə MDB PA-dan olan beynəlxalq müşahidəçilərin və MDB müşahidə missiyasının işinin metodiki təminatı;
- MDB iştirakçı dövlətlərin spesifikasiyası nəzərə alınmaqla beynəlxalq standartlar əsasında demokratiyanın inkişafı proseslərinin dinamikasının qiymətləndirilməsi üzrə metodik materialların hazırlanması və nəşri.
3. MDB PA DİMBİ Bakı filialının tədris – məsləhətçi fəaliyyətinə daxildir:
- seçicilərin, seçkilərin təşkilatçılarının, yerli müşahidəçilərin, siyasi partiyaların nümayəndələrinin, KİV və seçki prosesinin digər iştirakçılarının hüquq mədəniyyətinin artırılması milli proqramlarının hazırlanması və tətbiqinə, onların demokratik seçki prosesinin əsasları, vətəndaşların seçki hüquqlarının təmin olunması və həyata keçirilməsi qaydası ilə tanışlığına, seçkilərə hazırlığın gedişi və onun keçirilməsinin geniş və obyektiv işıqlandırılması şərtlərinin yaradılmasına yardım;
- müxtəlif instansiyalı hakimiyyət orqanları nümayəndələrinin fəaliyyət təcrübəsi, qanunverici və icra hakimiyyəti qollarının qarşılıqlı əlaqəsi, bu sahədə qabaqcıl təcrübənin ümumiləşdirilməsi üzrə məlumat mübadiləsinin təşkili,
- MDB PA iştirakçı dövlətlərində nümayəndəli hakimiyyət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması.