“Özbəkistan və Azərbaycan: Ortaq tarixi irs, İslam sivilizasiyası və müasir elmi əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfrans
27 oktyabr 2026

26 oktyabrda Bakıda Özbəkistanın Azərbaycandakı səfiliyinin təşkilatçılığı ilə “Özbəkistan və Azərbaycan: Ortaq tarixi irs, İslam sivilizasiyası və müasir elmi əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə Azərbaycan və Özbəkistanın dövlət və diplomatik nümayəndələri, din xadimləri, alimlər, tədqiqatçılar və mədəniyyət sahəsi üzrə ekspertlər iştirak ediblər.
Tədbirdə çıxış edən Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxonov bildirib ki, Özbəkistanla Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik çərçivəsində inkişaf etməkdə davam etdirilir. Bu prosesdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Azərbaycan Prezidenti İlham Əliyev arasında dialoq mühüm rol oynayır.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli isə bildirib ki, iki ölkə arasında qardaşlıq münasibətləri elm, mədəniyyət və ədəbiyyat da daxil olmaqla, bütün sahələrdə özünü göstərir. Azərbaycan Milli Elmlər Akademiyası ilə Özbəkistanın elmi müəssisələri və ali təhsil ocaqları arasında geniş əlaqələr qurulub.
Konfrans Azərbaycanla Özbəkistan arasında elmi və mədəni əlaqələrin möhkəmləndirilməsinə, birgə tədqiqatların inkişafına, ortaq tarixi irsin və İslam sivilizasiyasının öyrənilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Konfransda MDB PA DİMBİ Bakı filialının əməkdaşları da iştirak edib.