Ziyafət Əsgərov Qazaxıstanda keçiriləcək Konstitusiya referendumunda MDB PA-dan olan müşahidəçilər qrupunun koordinatoru təyin edilib
05 mart 2026

MDB Parlamentlərarası Assambleyası Şurasının sədri, Rusiya Federasiyası Federasiya Şurasının Federal Məclisinin sədri Valentina Matviyenkonun sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov Qazaxıstan Respublikasında keçiriləcək Konstitusiya referendumunda MDB PA-dan olan beynəlxalq müşahidəçilər qrupunun koordinatoru təyin edilib.
Müşahidəçilər qrupuna tərkibinə MDB PA iştirakçısı olan dövlətlərin parlamentlərinin nümayəndələri, Assambleyanın vəzifəli şəxsləri və MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun ekspertləri daxil olacaq.
Müşahidəçilər Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevin dəvəti ilə monitorinq aparacaqlar.
Səsvermə 15 mart 2026-cı il tarixinə təyin olunub.