MDB PA DİMBİ Bakı filialının kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
26 fevral 2026

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da MDB PA DİMBİ Bakı filialının direktoru və əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
MDB PA DİMBİ Bakı filialının kollektivi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edib, abidənin önünə gül dəstələri düzüb.