Ümummilli lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib
08 dekabr 2025

Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın inkişafının monitorinqi beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) Bakı filialının təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə və Azərbaycan Parlamentinin 107 illiyinə həsr olunmuş Beynəlxalq konfransda iştirak edən Milli Məclisin deputatları və MDB PA-nın nümayəndə heyəti tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.