“Dünya ölkələrinin seçki sistemləri” VI Beynəlxalq tələbə internet-olimpiadasının qaliblərinin mükafatlandırıl¬ması
08 dekabr 2025

Dekabrın 8-də Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın inkişafının monitorinqi beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) Bakı filialının təşkilatçılığı ilə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə və Azərbaycan Parlamentinin 107 illiyinə həsr olunmuş Beynəlxalq konfrans çərçivəsində 2025-ci ilin noyabr ayında MDB PA və MDB PA DİMBİ Bakı filialı tərəfindən keçirilmiş “Dünya ölkələrinin seçki sistemləri” VI Beynəlxalq tələbə internet-olimpiadasının 1-10 yerlərin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbəsi Abdullayeva Lalə Samirovna birinci yerin, Qərbi Kaspi Universitetinin tələbəsi Süleymanov Tamerlan Həzrət oğlu ikinci yerin, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Mürşüdli Riyad Ruslan oğlu və Bakı Slavyan Universitetinin tələbəsi Hüseynquliyeva Aylin Ramin qızı üçüncü yerin qalibi olublar.