Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə keçirilir
30 noyabr 2025

30 noyabr 2025-ci ildə Qırğızıstanda Jogorku Keneşə növbədənkənar seçkilər keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov və MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun Bakı filialının direktoru Ramin Rzayev Qırğızıstanda MDB PA-dan beynəlxalq müşahidəçilər qrupunun tərkibində müşahidədə iştirak edirlər.
Qırğızıstanda parlament seçkilərinin monitorinqini Azərbaycan Respublikasının Milli Məclisinin əmək və sosial siyasət romitəsinin üzvü, Gənclər və idman komitəsinin üzvü Göydeniz Qəhrəmanov da aparır.
Səsvermə günü MDB PA-dan olan nümayəndə heyəti ölkə üzrə 600-dən çox seçki məntəqəsinə, eləcə də xarici məntəqələrə səfər edib.
Qeyd edək ki, MDB PA DİMBİ-nin Bakı filialının əməkdaşları Qırğız Respublikasının Azərbaycandakı səfirliyində yerləşən 9012 saylı seçki məntəqəsində də səsverməni izləyiblər.