Qırğız Respublikasının Seçkilər və referendum üzrə Mərkəzi komissiyasında görüş

29 noyabr 2025

Qırğız Respublikasının Seçkilər və referendum üzrə Mərkəzi komissiyasında  görüş

MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev MDB Parlamentlərarası Assambleyasının müşahidəçi nümayəndə heyətinin tərkibində Qırğız Respublikasının Seçkilər və Referendum üzrə Mərkəzi Komissiyasının sədri Tınçtık Şaynazarovla Qırğız Respublikasının 30 noyabr 2025-ci il tarixinə təyin edilmiş Joqorku Keneş deputatlarının növbədənkənar seçkiləri ilə bağlı görüşdə iştirak edib.

Görüşdə qrupun koordinatoru, Tacikistan senatoru Mahmadali Vatanzoda qrupun vəzifələrindən və seçki prosesinə nəzarət formatından danışıb. Onun sözlərinə görə, MDB PA-nın ekspert qrupu Qırğızıstanın seçki qanunvericiliyini öyrənib və seçkilərə hazırlığın gedişatını, həmçinin seçki prosesinin təşkilatçılarının fəaliyyətini əks etdirən analitik hesabat hazırlayıb. Sənədlər MSK-ya təqdim edilib.

MSK rəhbəri texniki sistemin yüksək yüklənmələrə hazır olduğunu əmin edib: “Bir seçicinin məlumatlarının işlənməsi 30-40 saniyə çəkir və avadanlıq gecikmədən sınırsız sayda vətəndaşa xidmət göstərmək qabiliyyətinə malikdir.”

O, həmçinin qeyd edib ki, seçki sahəsində hüquqpozmaların qarşısının alınmasında Tınçtık Şeynazarovun təşəbbüskarı olduğu “Operativ reaksiya koordinasiya qrupu” mühüm rol oynayır. Bu quruluş sayəsində potensial pozuntulara sürətli reaksiya verilir ki, bu da bütün seçki prosesinin şəffaflığını artırmağa kömək edir.