“Süni intellekt və onun seçki prosesində tətbiqi: kompleks yanaşma və qanunvericilik tənzimlənməsi” mövzusunda Dəyirmi masa
19 fevral 2026

Fevral ayının 19-da MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun 20 illiyinə həsr olunmuş “Seçkilər və referendum institutuna etimadın formalaşdırılması: beynəlxalq müşahidənin rolu” Beynəlxalq elmi-praktik konfransı çərçivəsində “Süni intellekt və onun seçki prosesində tətbiqi: kompleks yanaşma və qanunvericilik tənzimlənməsi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə deputatlar və senatorlar, Mərkəzi Seçki Komissiyalarının (MSK) rəhbərləri və üzvləri, MDB ölkələrindən və digər dövlətlərdən olan alim və ekspertlər iştirak ediblər. Azərbaycanı Milli Məclisin deputatı Sabir Hacıyev, MDB PA Şurası Baş katibinin müavini — Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev təmsil ediblər.
Ramin Rzayev çıxışında seçki prosesində rəqəmsal texnologiyalardan və Azərbaycan Respublikasının seçki prosesinə yüksək texnologiyaların tətbiq edilməsindən və seçki prosesində süni intellektdən istifadənin nəticələrindən, o cümlədən beynəlxalq təcrübə, hüquqi tənzimləmə modellərindən danışıb.
Parlamentarilər, seçki orqanlarının nümayəndələri və ekspertlər seçki qanunvericiliyi və süni intellektin istifadəsi ilə bağlı aktual problemləri, eləcə də süni intellektin seçki mühitinə və ictimai şüura təsirini müzakirə ediblər.