Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür
27 sentyabr 2026

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Şəhidlərimizin Vətən qarşısındakı misilsiz xidmətləri və qəhrəmanlıqları xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.