MDB PA DİMBİ Bakı filialının nümayəndələri Rusiya Federasiyasının Dövlət Dumasına deputat seçkilərinin beynəlxalq müşahidəsində iştirak ediblər
21 sentyabr 2026

2026-cı il sentyabrın 20-də MDB PA DİMBİ Bakı filialının direktoru və məsləhətçisi MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası adından beynəlxalq müşahidəçilər qismində Rusiya Federasiyası Federal Məclisinin doqquzuncu çağırış Dövlət Dumasına deputat seçkilərinin gedişatının müşahidəsində iştirak ediblər.
Müşahidə Bakıda Rusiya Federasiyasının səfirliyində yerləşən 8017 saylı seçki məntəqəsində, səhər saat 8:00-da açıldığı vaxtdan axşam saat 8:00-da bağlandığı vaxta qədər aparılıb.
Müşahidə zamanı Bakı filialının nümayəndələri seçki prosesinin təşkili, səsvermə proseduru və müəyyən olunmuş seçki prosedurlarına riayət olunması ilə tanış olublar.
Gün ərzində müşahidəçilər səsvermə gedişatı ilə bağlı informasiya, foto- və videomaterialları vaxtaşırı olaraq İnstitutun baş ofisinə göndəriblər.
Bakı şəhərində keçirilən səsvermədə Rusiya Federasiyasının 500-dən çox vətəndaşı iştirak edib.
Qeyd edək ki, 2026-cı il sentyabrın 12-də Gəncə şəhərində Rusiya Federasiyası vətəndaşları üçün vaxtından əvvəl səsvermə keçirilib.