Qırğızıstan parlamentinin yeni spikeri seçilib
12 fevral 2026

Bu gün Qırğız Respublikasının Joqorku Keneşinin iclası keçirilib və Nurlanbek Turqunbek uulu palatanın sədri vəzifəsindən istefa verib.
Gizli səsvermənin nəticələrinə görə Marlen Mamataliyev Qırğızıstan parlamentinin yeni spikeri seçilib. Onun namizədliyinin lehinə 77 deputat, əleyhinə isə 5 deputat səs verib, bir səs etibarsız sayılıb.
Qeyd edək ki, Marlen Mamataliyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərin “MDB PA. 30 il” medalı ilə təltif edilib.