Qazaxıstanda yeni Konstitusiya ilə bağlı referendumun keçiriləcək

12 fevral 2026

Qazaxıstanda yeni Konstitusiya ilə bağlı referendumun keçiriləcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiya ilə bağlı referendumun keçiriləcəyi tarixi 15 martda təyin edib.

Təklifə əsasən, Konstitusiyanın mətninin 84%-i (77 maddə) dəyişdiriləcək. Referendumda seçicilərə bir sual təqdim olunacaq: “Kütləvi informasiya vasitələrində 12 fevral 2026-cı ildə dərc olunmuş Qazaxıstan Respublikası Konstitusiyasının yeni layihəsini təsdiqləyirsinizmi?”

Konstitusiya layihəsindəki əsas yeniliklər arasında 145 deputatdan ibarət və yeni, genişləndirilmiş səlahiyyətlərə malik birpalatalı Parlamentin — Kurultayın yaradılması da var. Kurultay proporsional seçki sistemi ilə formalaşdırılacaq və deputatların səlahiyyət müddəti 5 il olacaq.

Dəyişikliklər, xüsusilə, prezidentin parlamentin razılığı ilə təyin edəcəyi vitse-prezident vəzifəsinin bərpası təklif olunur, ikili vətəndaşlığa qadağa tətbiq edilir və Qazaxıstan vətəndaşlığından məhrum etmə əsasları dəqiqləşdirilir. Eyni zamanda Konstitusiyada nikahın kişi və qadının ittifaqı olduğu təsbit olunur.