MDB-də Hüquqi Maarifləndirmə İlinə hazırlaşırlar

10 fevral 2026

MDB-də Hüquqi Maarifləndirmə İlinə hazırlaşırlar

Minskdə 2027-ci ildə Müstəqil Dövlətlər Birliyində Hüquqi maarifləndirmə ilinin hazırlanması və keçirilməsi üzrə Tədbirlər Planı layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib.

Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan MDB ölkələrinin vəkillik fəaliyyəti, notariat fəaliyyəti, məhkəmə sistemləri üçün kadrların hazırlanması, yenidən hazırlanması və ixtisasartırma sahəsində baza təşkilatlarının nümayəndələri, həmçinin MDB İcraiyyə Komitəsinin əməkdaşları iştirak ediblər.

         Daxil olan rəy və təklifləri nəzərə alaraq ekspertlər bu məsələ ilə bağlı Xarici İşlər Nazirləri Şurasının və MDB Hökumət Başçıları Şurasının Plan və qərar layihələrini yekunlaşdırıb və razılaşdırıblar.

Sənəddə vətəndaşların hüquqi savadlılığının artırılmasına, hüquqi mədəniyyətin inkişaf etdirilməsinə və Birlik ölkələrinin səlahiyyətli orqanları arasında bu sahədə əməkdaşlığın gücləndirilməsinə yönəlmiş 100-dən çox tədbir yer alır. Layihəyə həmçinin MDB Parlamentlərarası Assambleyasının təşkilatçılığı ilə keçirilən yeddi tədbir də daxildir.

Plan layihəsinin hazırlanması MDB Dövlət Başçıları Şurasının 2027-ci ilin Müstəqil Dövlətlər Birliyində Hüquqi Maarifləndirmə İli elan edilməsi haqqında 8 oktyabr 2024-cü il tarixli Qərarının icrası çərçivəsində həyata keçirilir.

İclasda MDB PA Şurası Katibliyi rəhbərinin müavini – MDB PA DİMBİ-nin direktoru İvan Muşket və Assambleyanın MDB İcraiyyə Komitəsindəki nümayəndəsi Viktor Koqut iştirak edib.