Özbəkistan Respublikasının milli bayramı – Müstəqilliyin 35-ci ildönümü

08 sentyabr 2026

Özbəkistan Respublikasının milli bayramı – Müstəqilliyin 35-ci ildönümü

7 sentyabr 2026-cı il tarixdə Bakıda Özbəkistan Respublikasının milli bayramı – Müstəqilliyin 35-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

Tədbirdə dövlət rəsmiləri, deputatlar, diplomatik korpus rəhbərləri, ictimaiyyət nümayəndələri iştrak ediblər.

Hər iki ölkənin Dövlət himnləri səsləndikdən sonra tədbirdə iştirakçıları Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov salamlayıb.

Daha sonra tədbirdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev çıxış edib və qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və səmimi dostluq münasibətlərimizin sürətli inkişafında və onların keyfiyyətcə yeni mərhələyə qədəm qoymasında həlledici rol oynayır.

Rəsmi hissədən sonra tədbir incəsənət xadimlərinin çıxışlarından ibarət bədii hissə ilə davam edib.

Tədbirdə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin dəvəti ilə MDB PA DİMBİ Bakı filialının əməkdaşları da iştirak ediblər.