MDB PA DİMBİ Bakı filialının əməkdaşları Qazaxıstan Respublikasının Parlament seçkilərində səsvermənin monitorinqini həyata keçiriblər

23 avqust 2026

MDB PA DİMBİ Bakı filialının əməkdaşları Qazaxıstan Respublikasının Parlament seçkilərində səsvermənin monitorinqini həyata keçiriblər

Avqustun 23-də MDB PA DİMBİ Bakı filialının direktor müavini və müşaviri Qazaxıstan Respublikasının Parlament (Qurultay) seçkilərində səsvermənin gedişatının beynəlxalq müşahidəsində iştirak ediblər.

Müşahidə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində açılmış 426 nömrəli seçki məntəqəsində aparılıb.

Bakı filialının əməkdaşları səsvermə günü ərzində – seçki məntəqəsinin saat 8:00-da açılmasından saat 20:00-da bağlanmasına qədər müşahidə aparıblar. Monitorinq zamanı seçki prosesinin təşkili və müəyyən edilmiş prosedurlara əməl olunması izlənilib.

Gün ərzində müşahidəçilər vaxtaşırı olaraq İnstitutun Baş ofisinə səsvermənin gedişatı haqqında məlumat, foto və video materiallar göndəriblər.